Belarusiyalı dörd il aliment ödədi və birdən şübhələndi ki...

Üç övladı üçün aliment ödəyən belaruslu bir kişi, ağlına nə gəlibsə, ödəniş etməyi dayandırıb.

SİA-nın əldə etdiyi məlumata görə, təbii ki, bundan narazı qalan keçmiş arvad şikayətçi düşüb.

Qeyd edilir ki, bundan əvvəl kişi dörd il ərzində müntəzəm olaraq ailəsini maddi cəhətdən təmin edirmiş.

…Və həmin şəxsə aliment ödəməkdən yayındığı üçün cinayət işi açılıb.

Dindirmə zamanı o, uşaqların onun olduğuna şübhə etdiyi üçün pul verməyi dayandırdığını deyib.

Atalığı müəyyən etmək üçün genetik müayinə təyin edilib.

Müayinə, kişinin üç uşaqdan yalnız birinin atası olduğunu göstərib.

Hazırda cinayət işinin necə olacağı məlum deyil.

P.S:…Deyirəm, yenə arvad elə də “vəfasız” deyilmiş..? Yəni bir dənə də bir dənədir də…o olmasaydı neyləyəcəkdi?

Yeri gəlmişkən, o gün Rusiyanın hansı əyalətindəsə, aylarla reysdə olan gəmi kapitanının 5 uşağından heç birinin sonradan onun olmadığı meydana çıxmışdı...

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə