...Tümendə cərrahlar qadının nəhəng qalxanabənzər vəzini çıxarıblar. Orqan normanı azı on dəfə üstələyib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə URA.RU Səhiyyə Departamentinin mətbuat xidmətinə istinadən yazır. ...Təhlükəli şiş içəriyə doğru böyüyüb, aşağı hissəsi döş sümüyünün arxasına keçib və boğulmaya səbəb olub.
Bunu Səhiyyə Departamenti bildirib.
Qadının nəinki udmaqda, hətta nəfəs almaqda da çətinlik çəkdiyi bildirilirdi. Buna görə də o, həkimlərə müraciət edib, onlar sonda müayinə keçiriblər, lakin müayinə zamanı xəstə huşunu itirib. O, təcili olaraq reanimasiyaya göndərilib, burada Tümen həkimləri qadını iki saat əməliyyat edərək mürəkkəb patologiyanı aradan qaldırmağa çalışıblar.
Birinci regional klinik xəstəxananın cərrahları nəfəs borusu, yemək borusu və qırtlaq sinirlərinə zərər vermədən tapşırığı uğurla yerinə yetiriblər.
Çıxarılan orqanın çəkisi təxminən bir kiloqram olub.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə