Ukraynalılar “Diya” proqramı vasitəsilə evlilik təklifi edir…

…Üç həftə ərzində ukraynalılar “Diya” tətbiqi vasitəsilə 1 milyondan çox evlilik təklifi ediblər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə sentyabrın 30-da Telegram-da baş nazirin innovasiyalar, təhsil, elm və texnologiyanın inkişafı üzrə müavini - Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fedorov bildirib.

Onun sözlərinə görə, uzun məsafəli cütlüklər üçün onlayn təklif funksiyası işə salınıb.

…İndi də görürük ki, bu, bütün hallar üçün trendə çevrilib. “Diya”da hamı evlilik təklifi edə bilir – sevgili cütlüklərdən tutmuş Ukrayna bizneslərinə qədər.

Bunu Fedorov yazıb.

P.S: Yeri gəlmişkən, hələ Ukraynadakı müharibədən əvvəl, bu ölkənin əksər əyalətlərində “kişi qıtlığı” yaranmışdı. Təbii ki, müharibədən sonra “kişi qıtlığı”nın daha bariz şəkildə özünü göstərəcəyi elə də şübhə doğurmur..?

Yəqin elə ona görə də,..nəyimizə gərək ey...

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə