Niyə insanlar Kaşpirovskiyə inanmağa davam edirlər..?

...Gərək ki, yaşı bir az çox olanların yadına gələr, təqribən 35 il əvvəl o vaxtkı sovet ölkəsi Anatoli Kaşpirovskinin adını öyrənmişdi. Psixoterapevt-hipnozçu gərək ki, ilk dəfə 1989-cu ilin payızında mərkəzi televiziyada göründü və dərhal ulduz olaraq tanındı.

Yadımdadır, onun yayım seanslarını milyonlarla insan izləyirdi. Və seanslarının səhəri günü işlədiyim redaksiyada çoxları onun axşamkı möcüzələrindən danışırdı.

Təbii ki, həmin ərəfədə onunla şəxsi görüşlərdə iştirak etmək mümkün deyildi.

SİA-nın əldə etdiyi məlumata görə,..amma onun məşhur “Mən göstəriş verirəm” verlişi sonradan onun folkloruna daxil oldu.

Qeyd edilməlidir ki, bəziləri onu müalicəçi, bəziləri isə ağıllı manipulyator kimi görürdülər.

Deyim ki, son vaxtlar Kaşpirovskidən xəbər yox idi. Deyilənlərə görə, daimi yaşamaq üçün ABŞ-a köçmüşdü.

Amma bu günlərdə yenidən Rusiyada peyda olan Kaşpirovski, indi yenidən salonları doldurmağa başlayıb.

…Maraqlıdır, kimlər hipnozçuya inanmağa davam edir? Və niyə onun sessiyaları indi daim qalmaqallarla müşayiət olunur?

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə