Ağaca ilişmiş qadın və pişik xilas edilib...

Moskva vilayətində qadın heyvanı xilas etmək üçün ağaca dırmaşaraq ağaca ilişib.

SİA REN TV-yə istinadən xəbər verir ki, hadisə Şçelkovoda baş verib.

Şahidlərin sözlərinə görə, yerli sakin ağaca dırmaşan və oradan tullana bilməyən pişiyi xilas etmək üçün ağcaqayın ağacına çıxıb.

Maraqlıdır ki, sonradan qadın xilasedicisi də heyvanın aqibətini yaşayıb. Yəni o, da ağcaqayın ağacından düşməyə çətinlik çəkib.

Qadına və pişiyə kömək etmək üçün hadisə yerinə xilasedicilər cəlb edilməli olublar

...Və nəticədə hər ikisi hava platformasından istifadə edilərək aşağı endirilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə