Moskva sakini təcili yardım maşınında atəş açıb

...Həyasızlığın dərəcəsinə baxın ey...

Təcili tibbi xidmət maşını səni “müalicəyə” aparsın, sən də, feldşerə qarşı haqsızlıq elə..?

Deməli, Moskvada təcili tibbi xidmət maşınında aparılan biri feldşeri öldürməyə cəhddə ittiham olunub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hadisə ötən çərşənbə günü, fevralın 28-də paytaxtın şərqində baş verib.

Müəyyən edilib ki, həmin şəxs təcili yardım maşınında olarkən travmatik tapança ilə feldşerin döş qəfəsindən atəş açıb. Digər tibb işçiləri hücumçunu ram ediblər. Feldşerin həyatı və sağlamlığı üçün təhlükə olmadığı dəqiqləşdirilir.

Şübhəli paytaxt İstintaq Komitəsinin şöbəsində dindiriləcək. Cinayət işinin istintaqı çərçivəsində müstəntiqlər təcili yardım maşınında baş verən atışmanın bütün səbəblərini və şəraitini müəyyən edəcəklər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə