Supermarketdə çılpaq şəkildə ibadət edən qadın saxlanılıb...

…Moskvanın Butırski rayonunda Milaşenkova küçəsində yerləşən supermarketə çağırışla polis dəstəsi gəlib.

SİA SNOT Telegram kanalına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları satış sahəsində tamamilə çılpaq “namaz qılarkən” oturmuş qadını aşkar edən mağaza işçiləri ilə əlaqə saxlayıblar.

Materialda qeyd olunur ki, qadın həm də müştərilərdən onu “atası Əbədilik adlı” evə aparmağı xahiş edib.

Vəziyyəti aydınlaşdırmağa çalışan polisin suallarına qeyri-adi qonaq belə cavab verdi ki, o, bunu Uca Allahın iradəsi ilə edir.

Qeyd edilir ki, onun şəhərin başqa bir yerində - Kutuzovski prospektində yaşadığı müəyyən edilib.

Sonradan 35 yaşlı qadın ixtisaslaşdırılmış psixiatriya tibb müəssisəsinə yerləşdirilib, həkimlər onun vəziyyətini anlayıb lazımi köməklik göstərəcəklər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə