Alen Delonun bağ evində “cəbbəxana” aşkarlanıb…

…Fransa polisi məşhur kinoaktyor Alen Delonun evindən 72 qeydiyyatsız odlu silah aşkar edib. Delonda heç bir baqajın sənədi yoxdur. Bundan əlavə, onun odlu silaha sahib olmaq icazəsi də yoxdur.

Deyilənlərə görə, aktyorun Paris yaxınlığındakı bağ evində üç mindən çox patron və öz atış poliqonu tapılıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, axtarış Delonun evinə gələn məhkəmənin təyin etdiyi məmurun orada silah olduğunu gördükdən sonra aparılıb. Tapılan bütün silah və sursatlar müsadirə edilib.

Yeri gəlmişkən, Alen Delonun 88 yaşı var. O, iyirminci əsrin fransız kinosunun ən məşhur aktyorlarından biridir. 2019-cu ildə Delon insult keçirib və bundan sonra səhhəti hələ də tam bərpa olunmayıb.

Xatırladaq ki, o, sonuncu dəfə ictimaiyyət qarşısına 2021-ci ildə - həmkarı və dostu Jan-Pol Belmondonun dəfn mərasimində çıxıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə