Turistlər kütləvi məzarlıqda piknik ediblər...

Kalininqradda kişi və qadın kütləvi məzarlıqda piknik təşkil ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbər regional Milli Qvardiyanın saytında verilib.

Qeyd edək ki, hadisə fevralın 27-nə keçən gecə baş verib. 37 yaşlı İjevsk və 38 yaşlı Yekaterinburq sakinləri spirtli içki qəbul edib və “Əbədi məşəl”in ətrafında rəqs edərək onun üzərindən tullanıblar.

Sonra kişi abidədən bir səbət gül götürərək qadınla birlikdə aradan çıxıblar.

Təbii ki, onlar Təhlükəsiz Şəhər sisteminin operatorları tərəfindən saxlanılıblar.

Rusiya Qvardiyasının əməkdaşları saxlanılan şəxsləri sonrakı araşdırmalar üçün polis şöbəsinə aparıblar.

Qeyd edilməlidir ki, bunlarınkı hələ...necə deyərlər “şükürlüdür”..?

Xatırladaq ki, bir müddət bundan əvvəl Moskvada “Əbədi məşəli” söndürməyə cəhd edən şəxsə qarşı cinayət ii açılmışdı.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə