Nəzakətli sözlər demək lazımdır, çünki …

“Zəhmət olmasa”, “lütfən”, “xahiş edirəm” demək lazımdır, çünki…

Türkiyə Dil Qurumunun izahında “lütfən” sözünün izahı belə yazılıb: kimdənsə bir şey istəyərkən “xahiş edirəm" mənasında işlənən ərəb mənşəli söz. Bu, "əhəmiyyət verilən və ya yüksək vəzifədə olan insanların ərməğanı" demək olan “lütf” sözündən gəlir. SİA bu barədə rus saytlarına istinad edir.

Artıq əvvəlki qədər işlənməyən farscadan gələn “bəndəniz” sözü kimi “lütfən” sözü də qarşı tərəfə dəyər vermək incəliyinə malik bir ifadədir, müraciət edilən şəxsin ağa, danışanın isə təzim olması metaforasına əsaslanır. “Lütfən”, “zəhmət olmasa” sözləri söyləyənin etməsini istədiyi bir şeyi lütf olaraq qəbul edəcəyi anlamında işlənir.

“Zəhmət olmasa”, “lütfən”, “bağışlayın”, “üzrlü sayın”, “xahiş edirəm” kimi sözlər ilk növbədə başqalarına hörmət əlaməti hesab olunur. İstək və tələblərimizi çatdırarkən bu sözü işlətmək başqalarını qiymətləndirdiyimizi və dəyər verdiyimizi ifadə edir. Mədəni ünsiyyət tərəflərin başdan bir-birinə mehriban davranacaqlarını göstərir. Əks halda, tərəflər bir-birini qərəzlə dinləyə və qarşılıqlı mənfi təsir daşıya bilərlər. “Zəhmət olmasa”, “lütfən”, “bağışlayın”, “üzrlü sayın”, “xahiş edirəm” sözləri ünsiyyətin daha təsirli və müsbət atmosferdə baş tutmasına kömək edir. Bu ifadələr cəmiyyətdə sosial normalara uyğun ünsiyyətin bir hissəsi, müvafiq davranış qaydalarına riayət etməyin mədəni təzahürü, əməkdaşlıq ruhunun təşviqi, adamlar arasında xoş rəftarın özüdür.

İstəkləri nəzakətlə ifadə edə bilmək biz insanların qarşılıqlı kömək etmək qərarına müsbət təsir göstərir. İstənilən şeyi qarşı tərəfi məcbur edəcək şəkildə istəmək və ya vermək tərslik, qəlb qırmaq, amma “zəhmət olmasa”, “lütfən”, “bağışlayın”, “üzrlü sayın”, “xahiş edirəm” kimi sözlərdən istifadə isə insanın özünə və başqalarına hörmətini göstərir. Məsələn, ictimai nəqliyyatda gediş haqqını uzatmaq istədiyimiz birinə, sifariş verdiyimiz ofisianta və ya əməliyyatımızı həyata keçirəcək hər hansı məmura belə “zəhmət olmasa”, “lütfən”, “bağışlayın”, “üzrlü sayın”, “xahiş edirəm” sözlərindən birini demək əhval-ruhiyyəni yüksəldir, işi görmək əzmini artırır, mehribanlığı çoxaldır.

Bütün xəbərlər Facebook səhifəmizdə