Belarusun Baranoviç şəhərinin iki sakini yerli bir abidə, Begemot pişiyi şəklində olan fənərin “bığlarını qırxıblar”.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Brest Vilayət İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsindən məlumat verilib.
Yerli mənzil-kommunal təsərrüfatının direktoru oğrulara qarşı polisə ərizə yazıb.
Direktorun dediyinə görə, naməlum şəxslər şəhərin mərkəzində fənəri zədələyərək onun metal bığlarını qoparıblar və bununla da mənzil-kommunal təsərrüfatına 200 rubla yaxın maddi ziyan vurublar.
Əməliyyatçılar şübhəliləri müəyyən ediblər.
Məlum olub ki, oğrular 22 və 25 yaşlı iki qardaşdır.
...Hər iki şəxs əvvəllər oğurluq və xuliqanlıq cinayətlərinə görə məhkum olunublar.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB