Bizdə buna gərək ki, “nə xəbərmiş?” deyirlər...

Moskva vilayətinin sakini 35 yaşında onuncu dəfə uşaq dünyaya gətirib

...Moskva vilayətində 35 yaşlı qadın onuncu övladını dünyaya gətirib. Moskva vilayətinin Səhiyyə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, çoxuşaqlı rusiyalı qadın Vidnovski Perinatal Mərkəzində yenidən ana olub.

Vidnovski Perinatal Mərkəzinin baş həkimi Tamara Belousovanın sözlərinə görə, Moskva vilayətinin sakini təbii yolla uşaq dünyaya gətirib.

O, çəkisi 4,4 kq, boyu 57 sm olan oğlan uşağı dünyaya gətirib.

Regional Səhiyyə Nazirliyi də ana və körpənin vəziyyətinin yaxşı olduğunu və artıq evə buraxıldığını qeyd edib.

SİA xatırladır ki, dekabrın sonunda Rusiya prezidenti Vladimir Putin 2024-cü ildən analıq kapitalının yalnız ruslara ödənilməsinə dair qanun imzalayıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə