Bu, beyin yaşlanmasını təxminən iki il ləngidə bilər..?

Alimlər 60 yaşdan yuxarı insanların beyinlərini iki ilə necə cavanlaşdıra biləcəyini kəşf ediblər

...Gündəlik multivitamin qəbulu beyin yaşlanmasını təxminən iki il ləngidə bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bunu American Journal of Clinical Nutrition (AJCN) jurnalında dərc olunan COSMOS araşdırması göstərib.

Qeyd edək ki, təcrübədə kakao ekstraktı, 30 tərkibli multivitamin və ya plasebo ilə pəhriz əlavəsi qəbul edən 60 yaşdan yuxarı beş mindən çox insan iştirak edib.

573 nəfərdən ibarət qrup üzərində aparılmış ayrıca araşdırma müəyyən edib ki, gündəlik multivitamin qəbul etmək düşüncə və epizodik yaddaşın yaxşılaşması ilə əlaqələndirilir.

Belə ki, onların öz həyatındakı epizodları və onların təfərrüatlarını yadda saxlamaq qabiliyyəti: yer, vaxt, iştirak edən insanlar və s.

Bundan əlavə, onların bilişsel yaşı plasebo qəbul edənlərdən orta hesabla iki il kiçik idi.

Müəlliflər qeyd ediblər ki, sağlam həyat tərzinin eyni təsirə malik olub-olmadığını araşdırmayıblar.

İstənilən halda yaşlı insanlara müxtəlif qidalanma, sosial və fiziki aktivlik, əqli cəhətdən çətin olan problemləri həll etmək tövsiyə olunur.

Bir şəxs pəhrizindən ehtiyac duyduğu qidaları almadığını hiss edərsə, multivitamin faydalı ola bilər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə