Su sürünəninin tam qalığı tapılıb

Alimlər 240 milyon il əvvəl - Son Trias dövrünə aid 5 metr uzunluğundakı su sürünənlərinin tam qalığını tapıblar.

SİA-nın əldə etdiyi məlumata görə, BBC bildirir ki, Çinin cənubundakı qədim əhəngdaşı yatağında tapılan fosili uzun boyuna görə alimlər "əjdaha" adlandırırlar.

Son Trias dövründən toxunulmaz qalan fosilin 240 milyon il əvvəl yaşamış və ilk dəfə 2003-cü ildə təsvir edilən "Dinocephalosaurus orientalis" tipli sürünənlərə aid olduğu bildirilib.

Tədqiqatın beynəlxalq qrupunun üzvü Nik Fraser 32 ayrı fəqərəsi olan sürünənlərin uzun, elastik və əyilə bilən bir boyuna sahib olduğunu söyləyib: "Boyun elastikliyi 5 metr uzunluğu olan bu sürünənlərə sualtı qayalarda ovlamaqda üstünlük verildiyini düşünürük. Üzgəc kimi üzvləri fosilin suda yaşayan sürünənlərə aid olduğunu göstərir. Bu əjdahanın boynu bədəni və quyruğunun birləşdiyindən daha uzundur. Çox qəribə bir heyvandır. Fosilin ilk dəfə tam anatomiyasını görmək mümkün oldu.

Araşdırma "Earth and Environmental Science: Transactions of the Royal Society of Edinburgh" jurnalında dərc edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə