Sevgilisindən ayrılmağı düşününən bürclər BƏLLİ OLDU

Sevgililər günündən sonra bəzi bürclər maraqlı emosional fırtınaları yaşayıb. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, 19-25 fevral həftəsi xüsusilə bu 3 bürc üçün əlaqələrin bitdiyi dövr olacaq. Onlar başa düşüblər ki, bəzi şeylər səhvdir və düzəlməyəcək. Beləliklə, onlar bu münasibətə son qoyacaqlar.

Xərçəng

O, düzgün hesab etdiyi şeyi tətbiq edəcək. Romantik münasibətinin kifayət etmədiyini anlayacaq. Orta hesabla kifayətlənmək olmaz. Xərçənglər bu həftə səbrsiz olacaqlar. Yəqin ki, bu həftə münasibətinizi bitirəcəksiniz və buna görə çox sevinəcəksiniz. Nə qədər tez bir o qədər yaxşı...

Əqrəb

Həm siz, həm də sevgiliniz bunun heç bir nəticə verməyəcəyini bilirsiniz. Siz cəhd etdiniz, amma alınmadı. Bu əlaqə heç bir yerə getmir. Ən yaxşısı odur ki, ikiniz də qarşılıqlı razılaşasınız. İndi birlikdə olduğunuz insan artıq dözə biləcəyiniz biri deyil. Etiraf edin, siz onu sevmirsiniz və onun da sizi sevməməsi ehtimalının yüksək olduğunu hiss edirsiniz. Bəs niyə belə bir problemə girmək lazımdır? Bu həftə hər iki tərəf bu məsələ ilə bağlı danışacaq və qərar qəbul edəcək. Bəlkə dost olaraq qala bilərsiniz, amma romantika hissəsi bitməlidir.

Oğlaq

Kaş ki, bunu daha tez edəydiniz. Bu həftənin əvvəlində bu münasibətə son qoymağın acısından özünüzü xilas edə bilərdiniz. Yenə də heç vaxt gec deyil. Özünüzə yazığınız gəlməkdənsə, buna son qoymalısınız.

19-25 fevral həftəsini yekunlaşdıracaqsınız. Bundan sonra o, insan sizin keçmişiniz olacaq. Onun sizi və ya səylərinizi qiymətləndirə bilməyən və sizə layiq olmayan biri olduğunu başa düşəcəksiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə