Təmizlikçi qadın sendviç yediyi üçün işdən qovulub.

...Britaniyada təmizlikçi xanım tədbirdən sonra konfrans qonaqlarının qoyub getdiyi sendviçi yediyi üçün işdən qovulub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri LADBible portalı yayıb.

Deməli, Qabriela Rodriguez 39 yaşındadır və artıq bir neçə ildir ki, təmizlik şirkətində işləyir. Lakin qadının son əməli işəgötürənlər tərəfində oğurluq kimi dəyərləndirilib.

Qeyd edək ki, təmizlikçi xanım işlədiyi idarədə konfrans bitdikdən sonra stolun üstündə qalan sendviçi yediyini təsdiqləyib. O, tərbirdən sonra stollarda qalan sendviçin heç kimə lazım olmadığını düşünüb.

Şirkət işçisinin davranışının qəbuledilməz olduğunu bildirib. Və buna görə də təmizlikçi qadın işini itirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə