Rusiyada açıq-caçıq geyimli tədbirlərin keçirilməsinə məhdudiyyət...

Yekaterinburqda UrFU-nun Jurnalistika fakültəsinin dekanı BDSM partisində iştirak etdiyi üçün saxlanılıb

…Yekaterinburqda B. N. Yeltsin adına Ural Federal Universitetinin Jurnalistika fakültəsinin dekanı İvan Nekrasov qapalı BDSM gecəsində saxlanılıb.

SİA xəbər verir ki, bu barədə “Mel” jurnalı “Mash Telegram” kanalına istinadən məlumat yayıb.

Mash-ın məlumatına görə, Nekrasov polisə tədbirə sevgilisi ilə gəldiyini və təxribata müyilli heç nə geyinmədiyini deyib. Qeyd edək ki, təhlükəsizlik qüvvələri axşam saatlarında bütün iştirakçıların pasport məlumatlarını köçürüb, sonra isə tədbirin təşkilatçılarını saxlayıb.

Qeyd edilir ki, dekan nəzakətli dəvətdən sonra məclisə gəlməyə razı olduğunu iddia edib.

Xatırladaq ki, Anastasiya İvleyevanın “çılpaq gecəsi”sindən sonra Rusiyanın…demək olar ki, hər yerində təmtəraqlı, açıq-caçıq geyimli tədbirlərin keçirilməsinə məhdudiyyətlər qoyulub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə