Türkiyədən “Sakit şəhər” üçün daha 8 qəsəbə müraciət etdi

Beynəlxalq Çitaslou Dərnəyinin "Sakit şəhər” siyahısında Türkiyənin 22 qəsəbəsi var

30 ölkədə 278 şəhəri əhatə edən Beynəlxalq Çitaslou (Cittaslow) Dərnəyinin “Sakit şəhər” siyahısında 22 qəsəbəsi olan Türkiyənin daha 8 qəsəbəsinin namizədlik prosesi gedir. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

“Cittaslow” italyanca "citta" və ingiliscə "slow” sözlərinin birləşməsindən əmələ gələrək "sakit şəhər" mənasını verir.

"Slow Food” (Yavaş yemək) hərəkatını şəhər ərazisinə yaymaq üçün 1999-cu ildə İtaliyada başlayan “cittaslow” axını yaşamaqdan zövq alınan sürətlə yaşamaq və həyat keyfiyyətini yüksəltmək məqsədi daşıyır. Bunun şəhərin orijinal quruluşu, memarlığı, adət-ənənələri, yerli mətbəxi və tarixi simasını qoruyub-saxlamaqla mümkün olacağı nəzərdə tutulur. Eyni zamanda, ətraf mühit, infrastruktur, şəhər həyatının keyfiyyəti, sosial birlik və qonaqpərvərlik kimi meyarları yerinə yetirməkdə uğur qazanmış şəhərlərin “Sakit şəhər” olması üçün hava və su təmizliyi, vizual çirklənmə və nəqliyyat səs-küyünün azaldılması, səmərəli velosiped zolaqlarının yaradılması kimi məsələlər də əsas şərtlər arasındadır.

Beynəlxalq Çitaslou Dərnəyinin "Sakit şəhər” siyahısında Türkiyənin 22 qəsəbəsi var. Türkiyədən ilk dəfə 2009-cu ildə İzmirin Seferihisar qəsəbəsinin daxil olduğu siyahıda hal-hazırda İzmirin Foça, Muğlanın Akyaka və Köyceğiz, Spartanın Eğirdir və Yalvaç, Bolunun Göynük və Mudurnu, Bitlisin Ahlat, Malatyanın Arapgir, Antalyanın Finike, Sinopun Gerze, Çanaqqalanın Gökçeada, Ankaranın Güdül, Şanlıurfanın Halfet, Bursanın İznik, Ərzincanın Kemaliye, Ordunun Perşembe, Artvinin Şavşat, Ərzurumun Uzundərə, Kırklarelinin Vize və Aydının Yenipazar qəsəbələri yer alır.

"Sakit şəhər” siyahısına daxil olmaq üçün namizədlik müraciəti edən və yoxalama prosesləri davam edən qəsəbələr isə bunlardır: Kastamonuda Daday, Karabükdə Eflani, Aksarayda Güzelyurt, Samsunda Yakakent, Çanaqqalada Bayramiç, Əskişəhərdə Sivrihisar, Tekirdağda Şarköy və Bilecikdə Osmaneli.

Bütün xəbərlər Facebook səhifəmizdə