Dünyanın ən məşhur texnologiya milyarderləri İlon Mask (Elon Musk) və Mark Zukerberq (Mark Zuckerberg) “qəfəs döyüşü”ndə üz-üzə gələcəklər.
SİA-nın əldə etdiyi məlumata görə, İ.Mask sosial media platforması “Twitter”də M.Zukerberqlə "qəfəs döyüşü”nə hazır olduğunu bildirib.
“Facebook” və “İnstagram”ın əsas şirkəti “Meta”nın sahibi Zukerberq Maska cavabı “Mənə yerini göndər” mesajı ilə paylaşıb. Mask da ona "Vegas Octagon" deyə yazıb.
Ostaqon “Ultimate Fighting Championship” (UFC) matçlarında istifadə edilən rinqdür, Las Veqas isə UFC-nin qərargahıdır.
İyunun sonunda 52 yaşı olacaq İlon Mask tvitter hesabında yazıb: “Mənim “Morj” adlandırdığım, rəqibimin üzərinə çöküb heç bir şey etmədiyim gözəl bir hərəkətim var. Uşaqlarımı havaya atmaqdan başqa, demək olar ki, heç bir məşq etmirəm”.
Bu arada, 39 yaşlı Mark Zukerberq Qarışıq Döyüş Sənəti (MMA) üzrə təhsil alır və bu yaxınlarda Jiu-Citsu turnirlərinin qalibi olub.
Artıq sosial media istifadəçiləri matçda kimin qalib gələcəyi ilə bağlı fikir və proqnozlara başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB