Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının yeni araşdırmasına görə, dünyanın 60 ölkəsində respondentlərin 83 faizdən çoxu qadınlara qarşı qərəzlidir.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, 2017-2022-ci illərdə aparılan sorğulara əsasən, qadınların 81 faizi, kişilərin isə 85 faizi qadınlara qarşı ayrı-seçkiliyə məruz qalır. Belə ki, onlar siyasi, iqtisadi və təhsil sahələrində, eləcə də qadınların fiziki toxunulmazlığı sahəsində qərəzli münasibət bildiriblər. Hesabat müəllifləri qeyd edirlər ki, son tədqiqatdan keçən on il ərzində rəqəmlər demək olar ki, dəyişməz olaraq qalıb.
Sorğuda iştirak edənlərin təxminən yarısı hesab edir ki, kişilər qadınlara nisbətən siyasi lider və biznes lideri rolunun öhdəsindən daha yaxşı gəlirlər. Təxminən 67 faiz arvadın kişilər tərəfindən döyülməsinə haqq qazandırır və yaxud hər hansı abortu əsassız hesab edirlər.
Maraqlıdır ki, sorğuda iştirak edən ruslar arasında hər 10 nəfərdən 9-u qadınlara qarşı qərəzlidir.
Yeni Zelandiyalılar qadınlara qarşı ən açıq fikirlilərdir: yəni onların 72 faizdən çoxunda heç bir qərəz yoxdur. Tacikistanda respondentlərin 99,9 faizi qadınlara qarşı qərəzli münasibət bildirib. Üstəlik, qadınlara qarşı tamamilə açıq fikirli olan bir kişi də olmayıb. Onu da qeyd edək ki, eyni şey Liviya və Nigeriyada da qeydə alınıb. Pakistanda heç bir qadın özü haqqında bütün qərəzləri rədd etməyib.
O da maraqlıdır ki, feminist hərəkatlara və “MeToo” kampaniyasına baxmayaraq, qadın hüquqları sahəsində irəliləyişin ləngiməsinin səbəbləri arasında ekspertlər Əfqanıstanda radikal “Taliban” hərəkatının hakimiyyəti ələ keçirməsini, Donald Trampın ABŞ prezidenti seçilməsini və “MeToo” kampaniyasını qeyd edirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB