Fırıldaqçılar təqaüdçünü aldadıb 800 min rublunu əlindən alıblar

Moskvada fırıldaqçılar 85 yaşlı təqaüdçünün 800 min rublunu oğurlayıblar.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Moskva prokurorluğunun mətbuat xidməti Telegram-kanalında yayıb.

Beləliklə, fırıldaqçılar qadına zəng edərək özlərini hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim ediblər. Onlar bildiriblər ki, naməlum şəxs təqaüdçünün pulunu oğurlamağa cəhd edib və bu səbəbdən onun bank hesabındakı pulu çıxarıb “seyf hesaba” köçürmək lazımdır.

Fırıldaqçılar işçinin qadının evinə gəlib banka getməsinə və pul çıxarmasına köməklik edəcəyini, həmçinin pul çıxararkən onunla necə davranacağını bildiriblər.

Və nəhayət özünü bank işçisi kimi təqdim edən 51 yaşlı soyğunçu təqaüdçü ilə görüşüb və pulu çıxarmaq üçün onunla taksiyə minib.

Bankdan yarım milyon rubl çıxaran təqaüdçü pulu fırıldaqçıya verib.

Ertəsi gün fırıldaqçılar təqaüdmünü yenidən pul çıxarmağa inandırıb və daha 300 min pulunu alıblar.

Təqaüdçünü banka müşayiət edən fırıldaqçılardan birinin saxlanıldığı bildirilir. O, dələduzluqda ittiham olunub və barəsində həbs-qətimkan tədbiri seçilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə