Bu ədviyyatları istifadə edərək artıq çəkidən qurtula bilərsiniz - DİQQƏT!

Artıq çəkidən xilas olmaq üçün nizamlı və balanslı qidalanmaq lazımdır. Düzgün qidalanaraq və müntəzəm idman etməklə sağlam şəkildə arıqlaya bilərsiniz. SİA xarici mətbuata istinadən xəbər verir ki, bəzi ədviyyatlar da yağ yandırıcı xüsusiyyətləri ilə arıqlamağı asanlaşdırır. Xüsusilə qarın və omba nahiyəsində yığılan piylərə çox təsirlidir.

Kəklikotu

Bu ədviyyatlardan biri kəklikotudur. Kəklikotu istehlak etməklə bağırsaqlarınızın sürətli işləməsinin qarşısını ala bilərsiniz. İstifadə etdiyiniz qidalara kəklikotu əlavə etməklə və ya kəklikotu çayı içməklə həzm sisteminin nizamlı işləməsinə kömək etmiş olursunuz.

Kəklikotu həm də mədə xəstəliklərini aradan qaldırır və qan dövranını sürətləndirir. Bədəndə yığılan piyləri parçalayır.

Xardal

Xardal bitkisindən əldə edilən xardal toxumu maddələr mübadiləsini çox çalışdıran ədviyyatlardan biridir.

Xardal bitkisi əzələ hüceyrələrini stimullaşdırır və dözümlülüyü artırır, əzələ kütləsinin çoxalmasına imkan verir. Müntəzəm qidalanaraq və yağ yandırma prosesini sürətləndirərək əzələ kütlənizi artıra bilərsiniz.

Qərənfil

Qərənfil həddindən artıq kalori qəbulunun qarşısını alır. Menstruasiya zamanı yaranan şişkinliyi aradan qaldırır.

Qırmızı istiot

Yeməklərinizə bir az qırmızı istiot əlavə etməklə maddələr mübadiləsini sürətləndirərək həm daha ləzzətli bir yemək yeyəcəksiniz, həm də arıqlamaq üçün sürətli bir addım atacaqsınız.

Qırmızı istiot bədəndə daha çox yağ yandırılmasını təmin edərək, artıq çəkidən xilas olmağa imkan verir. Onu qəbul etməyi vərdiş halına gətirərək qarın yağlarını yandıra bilərsiniz.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə