Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB
Binəqədi rayonunda yerləşən 16 saylı təcili və təxirəsalınmaz tibbi yardım stansiyasıının tibb bacısı Zümrüd Əliyeva stansiyanın müdiri Billur Tağıyevadan şikayətçidir.
SİA.az Xəzər TV-yə istinadən bildirir ki, o iddia edir ki, tibb mərkəzində hər ay işçilərdən müxtəlif səbəblərlə pul toplanır.
Zümrüd Əliyeva 5 il ərzində stansiyanın müdirinə 5000 manat pul verdiiyni bildirir.
Şikayətçinin sözlərinə görə, ona heç bir səbəb olmadan, işdən çıxması üçün töhmət və xəbərdarlıq verilib.
Məsələ ilə bağlı stansiyanın müdiri Billur Tağıyeva "Xəzər Xəbər"ə açıqlamasında bildirdi ki, şikayətçinin iddiaları əsassızdır, Zümrüd Əliyevadan çağırış zamanı şikayətlər daxil olub. Bu səbəblə ona töhmət verilib. Eyni zamanda, Billur Tağıyeva Zümrüd Əliyevanın psixoloji durumunun normal olmadığını iddia etdi.
17 noyabr 2026-cı il
Zümrüd Əliyeva Binəqədi rayonu 16 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının müdiri Billur Tağıyeva barəsində səsləndirilən və pul yığılması ilə bağlı irəli sürülən iddiaların həqiqəti əks etdirmədiyini və rəsmi olaraq təkzib olunduğunu deyir. Bu bəyanatda işçiyə verilən intizam tənbehlərinin qanuni əsaslara söykəndiyi və iddiaların əsassız olduğu vurğulanır.
"Mən Əliyeva Zümrüd Məhəmməd qızı, Tağıyeva Billur Lütfəli qızı haqqında SİA.az -a ("Səs" İnformasiya Agentliyi) məlumatları demişəm məhkəmə qaydasında sübut edə bilmədim, ona görə də, dediklərimin doğru olmadığı haqqında Hakim qərar çıxarıb və məhkəməninn qərarıma da hörmətlə yanaşıb."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB