Rusiyada azərbaycanlıların işgəncəyə məruz qalması beynəlxalq hüquq pozuntusudur - Samirə Nəcəfzadə
Rusiyada yaşayan azərbaycanlıların işgəncəyə məruz qalması və onların qəsdən öldürülməsi halları beynəlxalq hüququn, xüsusilə də insan hüquqlarının müdafiəsinə dair beynəlxalq norma və prinsiplərin kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. SİA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğunda 2025-ci il iyulun 2-də keçirilmiş brifinqdə qurumun Beynəlxalq Hüquqi Əməkdaşlıq İdarəsinin rəis müavini Samirə Nəcəfzadə məlumat vermişdir.
S.Nəcəfzadə qeyd edib ki, beynəlxalq hüquqi aktlar, o cümlədən bir sıra çoxhüquqlu müqavilələr və konvensiyalar işgəncələrin verilməsini qəti şəkildə qadağan edir: "Azərbaycan Respublikası Avropa Şurasının üzvü və Avropa İnsan Hüquqları Konvensiyasının tərəfdar dövləti olaraq, bu prinsiplərə sadiqliyini davam etdirir. Bununla belə, Rusiya Federasiyasının adıçəkilən Konvensiyadan çıxması, bu ölkədə yaşayan əcnəbi vətəndaşların, o cümlədən azərbaycanlıların hüquqlarının effektiv müdafiəsini çətinləşdirmişdir".
Bütün xəbərlər Facebook səhifəmizdə