Rusiyada azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı istintaq qrupu yaradılıb - Baş Prokurorluq rəsmisi

Baş Prokurorluqda Rusiyada azərbaycanlıların qətlə yetirilməsi faktları ilə bağlı başlanmış cinayət işinin araşdırılması məqsədilə geniş tərkibli istintaq qrupu formalaşdırılmışdır. SİA xəbər verir ki, bu barədə məlumat Baş Prokurorluqda keçirilən brifinqdə qurumun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov tərəfindən verilmişdir.

N.Əvəzovun sözlərinə görə, Rusiya Federasiyasının əməliyyat-axtarış orqanları tərəfindən aparılan tədbirlər nəticəsində ən azı 14 nəfər saxlanılmışdır. Saxlanılanlardan 12 nəfərinin Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmişdir. Aparılmış ilkin araşdırmalar zamanı həmin şəxslərdən 7-nin fiziki zorakılığa məruz qaldığı faktı təsdiqini tapmışdır.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə