Bakı Slavyan Universitetinin yataqxanasında antisanitariya hökm sürür və tələbələr dözülməz şəraitdə yaşamağa məcbur edilir. Xüsusilə sanitar qovşaqlar bərbad vəziyyətdədir. Belə ki pis qoxu və çirkab olan tualetlər şikayətçiləri təngə gətirib. SİA mövzu ilə bağlı Bakı Slavyan Universitetinə sorğu ünvanlayıb.
Universitetin mətbuat xidmətindən bildirilib ki, qeyd olunan yataqxanada tələbələr yaşamır” Hazırda həmin yataqxanada məcburi köçkünlər məskunlaşıb”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə