Cəlilabadda mikroavtobus 8 yaşlı məktəblini vurub

Cəlilabadda mikroavtobus azyaşlını vurub. SİA-nın verdiyi xəbərə görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində məktəbin qarşısında baş verib. Marşrut xətti üzrə hərəkət edən "Mercedes" markalı mikroavtobus məktəbin qarşısında 2016-cı il təvəllüdlü S.R-ni vurub. Qəza nəticəsində xəsarət alan azyaşlı, rayon xəstəxanasına aparılıb.

Həkimlər məktəblinin vəziyyətini orta ağır qiymətləndirir.

Fakt üzrə araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə