1.589.829 şagirdin təhsil alacağı proqnozlaşdırılır

2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində, ümumilikdə, 1.589.829 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

SİA Təhsil Nazirliyinə istinadən xəbər verir ki, ümumtəhsil məktəblərində birinci sinif üzrə 158.608, doqquzuncu sinif üzrə 132.881, XI sinif üzrə isə 91.538 şagird təhsil alacaq.

Hazırda respublikada 309 ibtidai məktəb, 3.333 tam orta məktəb, 775 ümumi orta məktəb, 13 xüsusi tipli ümumi orta məktəb və 5 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 64 məktəb-lisey, 54 lisey, 15 gimnaziya və 16 inteqrasiya təlimli internat tipli gimnaziya, 1 inteqrasiya təlimli internat məktəbi olmaqla, ümumilikdə 4.435 məktəb fəaliyyət göstərir.

2021-2022-ci tədris ilində ümumtəhsil müəssisələrinin istifadəsi üçün ümumilikdə, 270 adda 7.030.264 nüsxə dərslik çap olunub.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...