Təhsillə bağlı keçiriləcək brifinqin dəqiq vaxtı açıqlandı

Yeni tədris ilinin təşkili ilə bağlı bütün suallara sabah saat 14.00-da təhsil naziri Emin Əmrullayevin iştirakı ilə keçiriləcək brifinqdə aydınlıq gətiriləcək.

SİA xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektor rəhbəri Cəsarət Valehov məlumat verib.

O bildirib ki, brifinq AzTV Təhsil TV-də canlı yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə