Ərzaq qiymətlərinin bahalaşmasını şərtləndirən əsas faktorlar - İQTİSADÇI AÇIQLADI

"Rusiya və Ukrayna arasında baş verən müharibədən sonra dünya artıq ərzaq təhlükəsizliyinin astanasındadır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.

Onun sözlərinə görə, Rusiya və Ukrayna arasında gedən müharibədə bir çox məsələlərdə problemlər ortaya çıxır: "Bilirsiniz ki, biz buğda və dənli bitkiləri xüsusilə Rusiya, Qazaxıstan və Ukraynadan əldə edirik. Rusiya və Ukrayna buğda və dənli bitkilərin dünyaya ticarətinin 30 faiz pay sahibidir. Yəni dünyaya ixrac olunan buğdanın 25-30 faizi bu ölkənin payına düşür. Bu da çox ciddi rəqəmlərdir. Bilirsiniz ki, Ukrayna öz məhsullarını ixrac etmək üçün xüsusilə Qara dənizdə yerləşən limanlardan istifadə edir və bu günlərdə həmin limanlarda çıxışı tamamilə məhdudlaşdırılıb. Yəni Rusiya tərəfindən işğal olunub.

Təqribən bu ixracın 95 faizi artıq məhdudlaşdırılıb. Öz məhsulunu dünya bazarına çıxarda bilmir. Rusiyaya tətbiq olunan sanksiya və qadağalar da Rusiyanın bir çox sahədə vəziyyətini çətinləşdirir. Bu istiqamətdə artıq təhdidlər görməyə başlayırıq. İdxal etdiyimiz digər bir ölkə də Qazaxıstandır. Qazaxıstan Mərkəzi Asiyada yerləşir və orada taxıl, buğda eyni zamanda digər dənli bitkilərin ucuz olduğunu nəzərə alaraq artıq qonşu ölkələr özlərində bu sahədə məhsul istehsal etmirlər. Qazaxıstandan əldə etməyə başlayır. Bundan başqa biz şəkər, yağ kimi məhsullarımızı xüsusilə Rusiya, Ukrayna və Belarusiyadan əldə edirik. Tətbiq olunan sanksiya və məhdudiyyətlər də eyni zamanda baş verən müharibə bu məhsulların bahalaşmasına gətirib çıxardır. Düşünürəm ki, bu 6 ay ərzində piştaxtalarda biz qiymət artımını müşahidə edəcəyik".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...