"Regional logistika layihələrinin inkişafı Azərbaycan üçün gəlirlidir".
Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Emin Qəribli bildirib.

Onun sözlərinə görə, ilk növbədə, ərazimizdən keçəcək bu dəhlizlərdən mənfəət əldə edəcəyik: "Amma bizim ümidimiz daha çox burada yaradılacaq tədarük zəncirinin formalaşmasınadır. Çünki bu nəqliyyat dəhlizləri vasitəsilə regional sənaye kooperasiyası həyata keçiriləcək.
Çindən Avropaya gedən məhsulların müəyyən hissəsi burada emal oluna bilər. Təcrübə də bunu göstərir. Bununla yanaşı, ölkələr arasında iqtisadi münasibətlər, sənaye və digər sahələrdə əməkdaşlıq daha da yaxşılaşa bilər. Ölkələr arasında iqtisadi inteqrasiya prosesi gedəcək.
Fikrimizcə, burada daha vacib olan ərazimizdən keçən nəqliyyat-logistika sistemindən əldə ediləcək gəlir deyil, onun vasitəsilə yarana biləcək inteqrasiya prosesləridir. Beynəlxalq logistika sistemində əsas məsələlərdən biri də məhz bu inteqrasiyaedici proseslərdir.
Lakin təbii ki, bütün ölkələr eyni qaydada inkişaf etmir. Burada əlavə tədbirlərin görülməsinə ehtiyac var. Baxmayaraq ki, ölkələr arasında inteqrasiya gedir, eyni zamanda müəyyən rəqabət də mövcuddur. Ona görə də bunu nəzərə almalı və mütəmadi olaraq işimizi bu istiqamətdə qurmalıyıq ki, bu proseslərdən geri qalmayaq".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB