Ödəniş kartları ilə bağlı 1 milyon 74 min manatlıq FIRILDAQÇILIQ

Ödəniş kartları ilə bağlı 1 milyon 74 min manatlıq FIRILDAQÇILIQ

Ölkəmizdə ödəniş kartları ilə bağlı yeni məlumat yayılıb. Belə ki, bu ilin ikinci rübündə Azərbaycanda ödəniş kartları ilə ölkədaxili 1 milyon 74 min 526 manatlıq 5305 fırıldaqçılıq halı baş verib. SİA Mərkəzi Banka istinadla xəbər verir ki, hesabat dövründə ödəniş kartları ilə ölkəxarici fırıldaqçılıq hallarının dəyəri 289 min 423 manat olub, fırıldaqçılıq hallarının sayı isə 3633 təşkil edib.

Ölkə daxilində fırıldaqçılıq hallarının məbləği cari ilin birinci rübü ilə müqayisədə 20,43 faiz azalıb, sayı isə 6,2 faiz artıb. Ölkə xaricində fırıldaqçılıq hallarının məbləği isə 11,03 faiz azalıb, sayı 39,65 faiz azalıb. Hesabat dövründə ölkədaxili fırıldaqçılıq hallarının 33,9 faizi hesabların ələ keçirilməsi ilə bağlı olub, ölkəxarici fırıldaqçılıq hallarının isə 45,9 faizi kartın fiziki iştirakı olmadan həyata keçirilib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə