Dünyada ərzaq qiymətlərinin bahalaşacağı barədə XƏBƏRDARLIQ

Dünyada ərzaq qiymətlərinin bahalaşacağı barədə XƏBƏRDARLIQ

Əlverişsiz hava şəraiti, Rusiya-Ukrayna münaqişəsi və Yaxın Şərqdəki hərbi əməliyyatlar dünyada ərzaq qiymətlərinin artımının yeni dalğasına səbəb ola bilər. "Bloomberg" agentliyinin məlumatına görə, Rusiya və Ukrayna dünya buğda ticarətinin dörddə birindən çoxunu, günəbaxan yağı ixracının təxminən üçdə ikisini və qarğıdalı ixracının onda bir hissəsini təmin edir, lakin Qara dəniz vasitəsilə tədarüklər çətin olaraq qalmaqdadır.

Agentlik qeyd edir ki, Avropada onilliklər ərzində taxıl istehsalının ən çox azalmasına səbəb ola biləcək ekstremal istilər, quraqlıq və meşə yanğınları vəziyyəti daha da ağırlaşdırır. Bundan əlavə, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı yanacaq və gübrə qiymətlərinin artmasına səbəb olub.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə