Avropa Birliyi (AB) 21-ci sanksiyalar paketi çərçivəsində Azərbaycana məxsus "Yelo Bank" ASC-ni Rusiyaya qarşı sanksiyalar siyahısından çıxarıb. SIA-nın Report-a istinadən məlumatına görə, bu barədə Brüsseldə Avropa Komissiyasının yüksək vəzifəli nümayəndəsi bildirib. Bu qərar bankın Rusiya maliyyə sistemlərindən istifadəsini dayandırmasından və bu məhdudiyyətlərdən yayınmanın qarşısını almaq üçün tədbirlər tətbiq etməsindən sonra qəbul edilib.
Onun sözlərinə görə, maliyyə sektoru AB-nin sanksiya siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır, çünki məhdudiyyətlərdən yayınma ilə bağlı əməliyyatların əhəmiyyətli hissəsi məhz banklar vasitəsilə həyata keçirilir.
"Biz Azərbaycandakı "Yelo Bank"ı siyahıdan çıxara bildik, çünki o, bütün Rusiya sistemlərindən ayrılıb və sanksiyalardan yayınmanın qarşısını almaq üçün etibarlı tədbirlər tətbiq edib", - Avropa Komissiyasının nümayəndəsi bildirib. Eyni zamanda, AB sanksiyalardan yayınmağa kömək edən həm Rusiya banklarına, həm də üçüncü ölkələrin banklarına təzyiqləri artırmaqda davam edir.
Bundan əlavə, 21-ci paket çərçivəsində daha 33 Rusiya bankına məhdudiyyətlər tətbiq edilib. Həmin banklara əməliyyatlar aparmaq qadağan edilir və onlar maliyyə məlumatlarının mübadiləsi sistemi olan SWIFT-dən ayrılır.
Avropa Komissiyasının nümayəndəsinin sözlərinə görə, Aİ Rusiyanın iri regional banklarına və artıq sanksiya altında olan bankları əvəz edən maliyyə qurumlarına diqqət yetirib.
Bundan əlavə, məhdudiyyətlərdən yayınmağa kömək etdiklərinə görə üçüncü ölkələrdəki üç banka - Monqolustandakı bir banka, Rusiyanın "Sberbank" və "VTB" banklarının Hindistandakı iki törəmə strukturuna, eləcə də Rusiyanın "Mir" ödəniş sistemindən istifadə etməyə davam edən Qırğızıstandakı banka qarşı sanksiyalar tətbiq edilib.
Avropa Komissiyasının nümayəndəsi qeyd edib ki, sanksiya təhlükəsi bir çox xarici bankları sanksiya rejiminin pozulması risklərini aradan qaldırmaq üçün öz fəaliyyətlərini əvvəlcədən nəzərdən keçirməyə və Avropa orqanları ilə qarşılıqlı əlaqədə olmağa sövq edir.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB