Düzgün tanıtım Lerik və Xınalığı dünya turistlərinin diqqət mərkəzinə çevirə bilər”
“Azərbaycanda böyük turizm potensialına malik bölgələrdən biri Xınalıq kəndidir. Dəniz səviyyəsindən təxminən 2 500 metr yüksəklikdə yerləşən, 5 min ilə yaxın tarixi olan bu qədim yaşayış məskəni özünəməxsus mədəniyyəti, təbiəti və dağ mənzərələri ilə diqqət çəkir". Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Ceyhun Aşurov bildirib.
Onun sözlərinə görə, son illərdə Xınalığın ölkə daxilində tanıdılması istiqamətində müəyyən işlər görülsə də, onun beynəlxalq səviyyədə daha geniş təbliğinə ehtiyac var:
"Digər böyük turizm potensialına malik bölgələrdən biri isə Lerik rayonudur. Talış dağlarının ətəyində yerləşən Lerik zəngin biomüxtəlifliyi, təmiz havası və ecazkar təbiəti ilə seçilir. Rayon uzunömürlülər diyarı kimi tanınır. Burada hətta Uzunömürlülər Muzeyi fəaliyyət göstərir və eyni ailənin üç nəslinin birgə yaşaması bu bölgənin fərqləndirici xüsusiyyətlərindən hesab olunur. Bütün bunlar Leriki ekoturizm və sağlamlıq turizmi baxımından cəlbedici məkana çevirir.
Hesab edirəm ki, Lerikin turizm potensialının tam reallaşdırılması üçün düzgün marketinq strategiyası hazırlanmalı, müasir turizm infrastrukturu yaradılmalı, yerləşmə imkanları artırılmalı və bölgə beynəlxalq turizm marşrutlarına daxil edilməlidir. Sosial media platformalarında və beynəlxalq informasiya resurslarında aparılacaq geniş tanıtım kampaniyaları xarici turistlərin marağını əhəmiyyətli dərəcədə artıra bilər.
Ümumilikdə, Azərbaycanda kənd turizmi, ekoturizm və sağlamlıq turizmi istiqamətində böyük imkanlara malik çoxsaylı bölgələr mövcuddur. Düzgün strategiya və effektiv tanıtım sayəsində bu ərazilər dünya turizm bazarında tanınan və turistlər üçün cəlbedici destinasiyalara çevrilə bilər. Hazırda bu istiqamətdə müəyyən işlər görülsə də, beynəlxalq tanıtımın daha da gücləndirilməsinə ehtiyac var".
Lətifə Musayeva
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB