AYNA: 12 şəhərlərarası və şəhərətrafı avtobus marşrutu üzrə müsabiqə qalibləri müəyyənləşib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 12 şəhərlərarası və şəhərətrafı avtobus marşrutu üzrə müsabiqə qaliblərini müəyyən edib.
SİA AYNA-ya istinadən xəbər verir ki, Abşeron rayonu Çaylı kəndini Müşfiqabad qəsəbəsi ilə əlaqələndirən 510 nömrəli şəhərətrafı avtobus marşrutu üzrə hüquqi şəxs "Güzdək Nəqliyyat" MMC; Bakı–Qax marşrutu üzrə hüquqi şəxs "Kaspian Ekspress" MMC; Bakı–Nabran marşrutları üzrə hüquqi şəxs "Uğurlu yol" MMC; Bakı–Quba marşrutları üzrə hüquqi şəxs "Aliosman Ağasoy" MMC; Sumqayıt-Qəbələ marşrutu üzrə fiziki şəxs Abdurahmanov Şahin Elşad oğlu; Gəncə-Gədəbəy marşrutu üzrə fiziki şəxs İbrahimov Nizami Abbasəli oğlu; Şəki-Mingəçevir marşrutu üzrə fiziki şəxs Fərruxzadə Elbrus Elxan oğlu; Mingəçevir-Gəncə marşrutu üzrə fiziki şəxs Qaffarov Murad Abbas oğlu;
Lənkəran-Astara, Astara-Lənkəran, Lənkəran-Masallı və Masallı-Lənkəran marşrutları üzrə hüquqi şəxs "Logistics and Transport Services" MMC qalib elan olunublar.
Məlumata əsasən, müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunur:
"Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır".
Xəbər lenti
Avropa Rusiya qazına “krest” qoyub…
İqtisadiyyat 19:28İtaliyalı nazir Bakıda Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:32“Tanrım, bizi belə dostlardan qoru”...
Dünya 18:27Allahşükür Paşazadə Moskvada Patriarx Kirillə görüşüb
Siyasət 17:50Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Sosial 17:23Jıva Tünzalə Ağayevanın bəstəsini ifa etdi
Şou-Biznes 17:13Ukraynada mənzil qiymətləri 20%-dən çox artıb
Dünya 16:21Yeni Konstitusiya Ermənistanı dəyişəcəkmi? - RAKURS
Siyasət 16:19Azərbaycanda elektroenergetika sahəsində komissiya yaradılıb
İqtisadiyyat 16:01Nar Oyun Mərkəzində oyna, smartfon qazan!
Texnologiya 15:19Bakıda yeni uşaq bağçası istifadəyə verilib
Təhsil 14:41Barbra Streisand Trampı sərt tənqid etdi…
Dünya 13:40Sabah Azərbaycanda 20 dərəcə isti olacaq
Sosial 12:35Paşinyan “topu” erməni xalqına atdı...
Siyasət 12:12Günəş, Ay piramidaları və çəyirtkə qurusu
Mədəniyyət 11:58Növbələrdə itən saatlar - KÖŞƏ
Sosial 11:00Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır
İqtisadiyyat 10:45Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Hadisə 10:41Birjalarda neft bahalaşıb
İqtisadiyyat 10:25Astarada 10 kiloqramdan artıq narkotik aşkarlanıb
Hadisə 10:24Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:22Dahi bəstəkar Üzeyir Hacıbəylinin anım günüdür
Mədəniyyət 09:51Ümumtəhsil müəssisələrində payız tətili başa çatıb
Təhsil 09:40Dönər almaq üçün tələsirdi, maşın vurub öldürdü..
Hadisə 03:22Hollivud ulduzu rəsmən milyarder oldu - 7 milyard dolları var!
Şou-Biznes 03:05Qazax sakini Kürdə batıb
Hadisə 02:22Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,8669
+0,02%
-
GBP
2,2284
+0,00%
-
RUB
2,0809
+0,35%

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



