"Bazardakı hər bir məhsulun qiyməti tələb və təklifdən asılı olaraq dəyişir. Təbii ki, istisnalar da mövcuddur. Qızıl bazarında da qiymətlər tələb və təklifdən asılı olaraq müəyyən zaman aralıqlarında dəyişə bilir. Bu, əsasən müsəlman aləmində matəm aylarına təsadüf edir. Həmin aylarda tələbin azalması qiymətlərə cüzi də olsa təsir göstərir. Lakin qeyd etmək lazımdır ki, bu dövrdə kəskin qiymət fərqi yaranmır".
Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova deyib.
.jpg)
Onun sözlərinə görə, çünki həmin aylarda da toy edənlər, gündəlik istifadə və ya investisiya məqsədilə qızıl alanlar olur:
"Qiymətlərdə müşahidə olunan cüzi enmə məhz tələbin azalması ilə əlaqədardır. Bununla belə, əvvəlki aylarla müqayisədə tələbin nəzərəçarpacaq dərəcədə azalmasına baxmayaraq, qızılın qiymətinin yalnız cüzi enməsinin əsas səbəbi dünya bazarında qiymətlərin davamlı olaraq dalğalanmasıdır. Belə vəziyyətdə satıcı qiyməti həddindən artıq aşağı salarsa, sonradan yeni məhsul alarkən qiymət fərqini öz vəsaiti hesabına ödəmək məcburiyyətində qala bilər.
Bundan əlavə, son dövrlərdə qızılın dünya bazarındakı qiyməti kifayət qədər sürətli dəyişkənlik nümayiş etdirir. Belə şəraitdə tələbin azalmasına baxmayaraq, qiymətləri aşağı həddə endirmək satıcılar üçün iqtisadi baxımdan sərfəli hesab olunmur.
Azərbaycan bazarında qızıl qiymətlərindəki fərqlərə gəldikdə isə, məsələn, 3 000 manat dəyərində olan bir məhsulda 200–300 manata qədər endirim tətbiq oluna bilər. Təbii ki, bu, bütün məhsullara aid deyil. Belə endirimlər əsasən qaşlı modellərə və aşağı karatlı brilyantla hazırlanan məmulatlara şamil olunur.
Ümumilikdə, digər aylarla müqayisədə qiymətlərdə təxminən 8–10 faiz aralığında endirim müşahidə edilir. Ola bilsin ki, Azərbaycan alıcısı bu fərqi hər zaman aydın şəkildə hiss etmir. Çünki bazarda müxtəlif əyarda, müxtəlif ölkə istehsalı olan və fərqli qram çəkisinə malik qızıl məmulatları mövcuddur.
Məsələn, 300 manatlıq bir üzüyə 10–15 manat endirim tətbiq olunduğu halda, 10 000 manat dəyərində olan qızıl məmulatında endirim məbləği daha fərqli olur. Yəni məhsulun çəkisi və dəyəri artdıqca, eyni kateqoriyaya aid olsa belə, tətbiq olunan qiymət fərqi də dəyişir".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB