Azərbaycan və Türkmənistan əməkdaşlığın strateji prioritetlərini müzakirə edib

Azərbaycan və Türkmənistan arasında iqtisadi tərəfdaşlığın davamlı inkişafı və ikitərəfli əməkdaşlığın strateji prioritetləri müzakirə edilib.

SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyasının həmsədri Nökərqulı Ataqulıyevlə görüşdə ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın davamlı inkişafının önəmini vurğuladıq. İkitərəfli əməkdaşlığın strateji prioritetlərini, enerji, nəqliyyat, logistika, tranzit və digər sahələrdə işbirliyinin genişləndirilməsini müzakirə etdik",- deyə nazir qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə