“Azərbaycan Cənubi Qafqazın aparıcı iqtisadiyyatı olan ölkəsidir“ - ŞƏRH EDİLDİ
“Azərbaycan Cənubi Qafqazın aparıcı iqtisadiyyatı olan ölkəsidir. Belə ki, Cənubi Qafqazın iqtisadiyyatının 80%-ə qədəri Azərbaycanın payına düşür. Azərbaycan neft-qaz resursları ilə zəngindir. Həm də ölkəmizin yerləşdiyi coğrafiya Asiya ilə Avropa arasında körpü rolu oynamığımıza imkan verir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputat bildirib ki, Azərbaycan istehsal etdiyi karbohidrogen resurslarını Cənubi Qafqzazın digər bir ölkəsi olan Gürcüstanın üzərindən ixrac edir: “Eyni zamanda Orta dəhlizin tərkib hissəsi olan Bakı-Tiblisi -Qars dəmir yolu da Gürcüstan ərazisndə tikilmişdir. Bu da Gürcüstanın dünya iqtisadiyyatına inteqrasiya olunmasına və tranzit daşımalardan gəlirlərin əldə edilməsinə yol açıb. Orta dəhlizin Asiyadan Avropaya qədər uzandığına diqqət yetirsək görərik ki, Azərbaycan böyük bir coğrafiyada tranzit daşımalardan gəlirlərin əldə edilməsində Gürcüstana da imkanlar yaratmışdır.
Digər bir istiqamət isə Ermənistandan açılacaq Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizinin açılması Ermənistanı da beynəlxalq tranzit ölkəyə çevirəcək. Belə ki, həm Şimal-Cənub, həm də Qərb-Şərq nəqliyyat dəhlizlərinin Zəngəzur dəhlizi ilə bağlantısı olacaqdır. Bu da Ermənistana da tranzit daşımalardan gəlir əldə etmək imkanlarını ərsəyə gətirəcək. Nəticə olaraq qeyd edə bilərik ki, Azərbaycan Cənubi Qafqaz ölkələrinə tranzit ölkə olmaq və dünya iqtisadiyyatına inteqrasiya olunmaq imkanlarını reallaşdırır. Təbii ki, bu imkanlar regionumuza gətirdiyimiz sülh və əməkdaşlıq gündəliyi ilə sıx bağlıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB