Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB), Elm və Təhsil Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilati dəstəyi, eləcə də ölkədə fəaliyyət göstərən bankların tərəfdaşlığı ilə 13–15 yaş arası məktəblilər arasında Maliyyə Savadlılığı Viktorinası təşkil olunur. ABA-dan SİA-ya bildirilib ki, viktorinanın qalibləri müxtəlif dəyərli hədiyyələr və sertifikatlarla mükafatlandırılacaqlar.
Yarış üç mərhələdən ibarətdir:
∙ 7 noyabr – İlkin elan və qeydiyyat mərhələsi (“Google Forms” vasitəsilə). Bu mərhələdə təqdim edilən suallar əsasında ilkin qiymətləndirmə aparılacaq və yarımfinala keçəcək 100 nəfər müəyyən ediləcək.
∙ 27 noyabr – Onlayn yarımfinal (“Zoom” və “Kahoot!” platformaları vasitəsilə). Bu mərhələdə 20 nəfər finalçı seçiləcək.
∙ 11 dekabr– Maliyyə Savadlılığı Viktorinasının final mərhələsi (Bakı şəhərində, üzbəüz formatda). İlk 3 yerin qalibləri mükafatlandırılacaq, digər iştirakçılara isə xatirə hədiyyələri təqdim ediləcək.
Qeyd edək ki, tarixlərdə dəyişiklik ola bilər. İştirakçıların bu barədə məlumatlı olmaları tövsiyə edilir.
Əsas iştirak şərti: Məktəblinin doğum tarixi 8 noyabr 2009-dan - 7 noyabr 2012-dək (hər iki tarix daxil) olmalıdır.
Qeydiyyat qaydaları: Qeydiyyat linki 21 noyabr saat 18:00-dək aktiv olacaq.
İlkin seçim turunda iştirak etmək üçün qeyd olunan link vasitəsilə qeydiyyatdan keçmək və təqdim edilən sualları cavablandırmaq tələb olunur: https://forms.gle/4cucefkuCtEkyLNV6
Qeydiyyat zamanı məktəblinin şəxsiyyətini təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə) sistemə (Google Forms) yüklənməsi zəruridir. Buna görə, qeydiyyata başlamazdan əvvəl sənədlərinizi hazır etməyiniz tövsiyə olunur.
Viktorina “Bank VTB Azərbaycan” ASC, “Ziraat Bank Azərbaycan” ASC, Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABA-ya üzv digər bankların maliyyə dəstəyi ilə həyata keçirilir.
Tədbirin təşkilatçılarından olan Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) 2000-ci ildə Avropa İttifaqının təşəbbüsü ilə yaradılıb və Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABFTC tərəfindən 250-yə yaxın təlim mövzusu üzrə 38 mindən çox dinləyiciyə 2600-dən artıq təlim kursu təşkil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB