Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 10,984 milyon ABŞ dolları dəyərində dəri və dəri məhsulları idxal edib. SİA-nın Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21 % azdır.
Oktyabrda Türkiyə Azərbaycana 1,349 milyon ABŞ dolları dəyərində dəri və dəri məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 8 % çoxdur.
10 ayda Türkiyənin dəri və dəri məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 4,2 % azalaraq 1 milyard 244,772 milyon ABŞ dollarına, təkcə oktyabr ayında isə 2 % azalaraq 129,964 milyon ABŞ dollarına düşüb.
Türkiyədən ən çox dəri və dəri məhsullarının idxalı Almaniya 97,102 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 7,9 % az), İtaliya 84,143 milyon ABŞ dolları (-4,6 %) və İraq 80,735 milyon ABŞ dolları (-7,1 %) dəyərində həyata keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB