Azərbaycan Türkiyədən metal idxalına çəkdiyi xərci 3 %-dən çox azaldıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 114,383 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib. SİA-nın Türkiyə İxracatçılar Məclisinə istinadən verdiyi məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,3 % azdır.

Təkcə oktyabr ayında Türkiyə Azərbaycana 12,953 milyon ABŞ dolları dəyərində qara və əlvan metal ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 5,6 % azdır.

9 ayda Türkiyənin qara və əlvan metal ixracının ümumi dəyəri illik müqayisədə 6,6 % artaraq 11,085 milyard ABŞ dollarına, oktyabr ayında isə 9 % artaraq 1,219 milyard ABŞ dollarına çatıb.

Türkiyədən ən çox qara və əlvan metal idxalı Almaniya 1 milyard 318,849 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 6,9 % çox), İtaliya 881,502 milyon ABŞ dolları (+27,9 %) və ABŞ 495,210 milyon ABŞ dolları (+5,3 %) dəyərində həyata keçirib.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə