Azərbaycan-BƏƏ Birgə Biznes Şurasının həmsədrlərinin ilk iclası keçirilib - FOTO
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarja şəhərində Azərbaycan – BƏƏ Birgə Biznes Şurasının həmsədrlərinin ilk iclası keçirilib. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.
Məlumatda deyilir ki, qurumun İdarə Heyətinin sədri Orxan Məmmədov və BƏƏ-nin Ticarət və Sənaye Palataları Federasiyasının sədr müavini və Şarja Ticarət və Sənaye Palatasının (SCCI) sədri Abdullah Əl-Uveys görüşüb keçiriblər.
Görüşdə həmçinin KOBİA və müvafiq palataların nümayəndələri, iş adamları iştirak ediblər, Biznes Şuranın ilk iclasına hazırlıq işlərinə, eləcə də hər iki ölkənin biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi imkanlarına, birgə layihələrin icrasına dair müzakirələr aparılıb. Sənaye, kənd təsərrüfatı, turizm, logistika və İKT kimi Azərbaycan üçün prioritet sahələrdə Biznes Şuranın potensialından geniş istifadə olunması qeyd edilib. KOB-ların rəqəmsal və yaşıl keçidinin təşviqi istiqamətində görülən işlərin bu sahələrdə qarşılıqlı investisiya qoyuluşlarını aktuallaşdırdığı diqqətə çatdırılıb.
Tərəflər arasında Azərbaycan-BƏƏ Birgə Biznes Şurasının yaradılması barədə Anlaşma Memorandumu bu il imzalanıb. Şuranın yaradılmasında məqsəd hər iki ölkənin biznes dairələri arasında əməkdaşlığı təşviq etməklə ticarət, investisiya, sənaye kimi sahələrdə əlaqələri genişləndirməklə ölkələr arasında iqtisadi münasibətlərin inkişafına töhfə verməkdir.
KOBİA və BƏƏ-nin Ticarət və Sənaye Palataları Federasiyası arasında ikitərəfli görüş də keçirilib. Görüşdə palata ilə əməkdaşlıq məsələləri, hər iki qurumun imkanlarından bizneslər arasında əlaqələrin inkişafında istifadə məsələləri nəzərdən keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB