SOCAR ilə Çin şirkəti arasında əməkdaşlığa dair çərçivə sazişi imzalanıb - FOTOLAR
SOCAR-ın prezidenti Rövşən Nəcəf Çin Xalq Respublikasının “Sinopec Engineering” şirkətinin prezidenti Zhang Xinming ilə görüşüb. SOCAR-dan SİA-ya bildirilib ki, görüşdə Azərbaycan ilə Çin arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda uğurla inkişaf etdiyi bildirilib. Bu xüsusda, SOCAR ilə Çin şirkətləri arasında mövcud əməkdaşlıq məmnunluqla qeyd olunub.
Söhbət zamanı neft və qazın emalı sahəsində, neft-kimya, rəqəmsallaşma, enerji keçidi, müasir emal texnologiyalarının tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə tərəflər arasında əməkdaşlığa dair çərçivə sazişi imzalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB