bp şirkətində çalışan azərbaycanlı işçilərin sayı açıqlanıb

bp şirkətində çalışan azərbaycanlı işçilərin sayı açıqlanıb

Cari ilin üçüncü rübünün sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 0,5 faiz və ya 12 nəfər azalaraq 2389 nəfər olub. SİA bp-nin 2025-ci ilin üçüncü rübünün yekunlarına dair hesabatına istinadən xəbər verir ki, bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100 faiz yerli vətəndaşlardan ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə