bp: “Şəfəq” layihəsi üzrə tikinti işlərinin 2027-ci ilin ortalarına qədər davam edəcəyi planlaşdırılır
Cari ilin üçüncü rübündə “Şəfəq” Günəş layihəsi üzrə tikinti işləri Cəbrayıl rayonunda qrafikə uyğun aparılıb. SİA bp-nin 2025-ci ilin üçüncü rübünün yekunlarına dair hesabatına istinadən xəbər verir ki, il ərzində layihə üzrə biri mühəndislik, təchizat və tikinti xidmətləri üzrə bütün iş həcmini, eləcə də obyektin ilk iki il ərzində istismar və texniki xidmət işlərini əhatə edən, digəri isə modul təchizatı üçün olan iki əsas müqavilə imzalanıb.
Bu müqavilələr çərçivəsində layihə sahəsində hazırlıq işləri artıq tamamlanıb və hazırda torpaq işləri və daxili yolların çəkilməsi ilə bağlı tikinti işləri davam edir. Eyni zamanda, modul təchizatı üzrə işlər də artıq başlayıb və ilk panellər 2025-ci ilin avqust ayında uğurla əraziyə çatdırılıb.
Layihə üzrə tikinti işlərinin 2027-ci ilin ortalarına qədər davam edəcəyi planlaşdırılır. Bu işlərin yerinə yetirilməsində yerli resurslardan maksimum dərəcədə istifadə etməyə xüsusi diqqət veriləcək. Tikintinin pik dövründə layihədə 400-ə yaxın iş yerinin yaradılacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)

USD
EUR
GBP
RUB