Azərbaycan İslam İnkişaf Bankı ilə layihələrin maliyyələşdirilməsini müzakirə edib

Azərbaycan İslam İnkişaf Bankı ilə AZCON Holding-ə daxil olan şirkətlərlə effektiv tərəfdaşlığın qurulması və layihələrin maliyyələşdirilməsi məsələlərini müzakirə edib. SİA xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.

"İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir ilə görüş keçirdik. Gələcək əməkdaşlıq üçün imkanların araşdırılması istiqamətində fikir mübadiləsi apardıq. Təcrübə mübadiləsi və qarşılıqlı əməkdaşlığın genişləndirilməsində maraqlı olduğumuzu bildirdik. Məhəmməd Süleyman Əl-Casir son illər ərzində Azərbaycanda rəqəmsallaşma sahəsində görülən işləri yüksək qiymətləndirdiyini vurğuladı", - deyə nazir qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə