“2026-cı il dövlət büdcəsinin kəsirinin yuxarı həddi 3,1 milyard manat səviyyəsində müəyyən edilib ki, bu da ÜDM-in təxminən 3 faizindən daha aşağı göstəricidir. Beynəlxalq qiymətləndirmələrə görə, belə bir səviyyə təhlükəsiz və iqtisadi sabitliyə uyğun hesab olunur”. SİA xəbər verir ki, bunu Milli Məclisdə keçirilən komitə iclasında maliyyə naziri Sahil Babayev deyib.
Nazir qeyd edib ki, büdcə kəsirinin maliyyələşdirilməsi müxtəlif sabit mənbələr hesabına təmin edilib. Onun sözlərinə görə, xəzinə vəsaitləri, özəlləşdirmə daxilolmaları, maliyyə təşkilatlarının layihə çərçivəsində ayırdığı vəsaitlər, həmçinin daxili və xarici borclanma alətləri bu prosesdə mühüm rol oynayır. Bu maliyyə mexanizmi, kəsirin qarşılanmasını tam və ardıcıl şəkildə həyata keçirməyə imkan verir: “Görülən tədbirlər nəticəsində büdcə kəsirinin maliyyələşdirilməsi sabit və risklərin bölüşdürüldüyü bazalar üzərində qurulub. Bu isə həm fiskal dayanıqlığı, həm də makroiqtisadi sabitliyi qorumağa imkan verir”.
Sahil Babayev bildirib ki, büdcə siyasətinin əsas məqsədi təkcə cari maliyyə öhdəliklərinin yerinə yetirilməsi deyil, həm də uzunmüddətli iqtisadi davamlılığın təmin edilməsidir. Onun sözlərinə görə, dövlət maliyyə idarəçiliyi prudensial yanaşma əsasında davam etdiriləcək və büdcə göstəricilərində sabitlik qorunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)

USD
EUR
GBP
RUB