“Beynəlxalq enerji bazarlarında özünəməxsus yer tutmuşuq” - MÜNASİBƏT BİLDİRİLDİ
“Azərbaycanın enerji resursları çox böyük olmasa da beynəlxalq enerji bazarlarında özünəməxsus yeri tuta bilmişik. Eyni zamanda açıq dənizlərə çıxışımız olmasa da, qlobal enerji bazarlara enerji resurslarımızı müstəqil ixrac edən marşurtları ərsəyə gətirə bilmişik. Bu baxımdan Azərbaycan müstəqillik qazandıqdan sonra formalaşdırdığı müstəqil və balanslaşdırılmış enerji siyasəti sayəsində regionda və dünyada mühüm geosiyasi oyunçulardan birinə çevrilmişdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
Deputat bildirib ki, enerji resurslarımızın beynəlxalq bazarlara ixracında müstəqilliyimizi təmin etməklə milli sərvətlərimizin ixracında heç kimdən asıllı deyilik: “Azərbaycan nefti daha keyfiyyətlidir və bazarda alıcısı çoxdur. Ölkəmiz 20-dən çox ölkəyə neft ixrac edir. 2024-cü ildə 14,4 milyard dollar dəyərində neft iixrac edilmişdir. Neftimizin ixrac coğrafiyası Avropadan Asiyaya qədər böyük bir ərazidə yerləşən ölkələri özündə cəmləşdirir.
Qlobal enerji bazarında biz, həm də qazımızla iştirak edirik. Dövlət başçımızn uzaqgörənliyi ilə ərsəyə gəlmiş və uzunluğu 3500 km olan Cənub Qaz Dəhlizi ilə Xəzər dənizində hasil edilən qazı 14 ölkəyə ixrac etməklə boru kəməri vasitəsilə ixrac edən ölkələrin sayına görə dünyada ilk yerdəyik. 2024-cü ildə Azərbaycanın ixrac etdiyi qazın həcmi 25,2 milyard kub metr olmuşdur. Avropaya ixrac etdiyimiz qazın həcmi isə 12,9 milyard kub metrəyə qədər artırılmışdır. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində yeganə alternativ kimi çıxış edir. Həmçinin Ukraynaya qaz satışımızı həyata keçiririk. Suriyanın elektrik enerji ilə təminatının dayanıqlı həyata keçirilməsi üçün qazımızın ixracına başlamışıq.
Enerji siyatəimiz ölkəmizə həm iqtisadi, həm də siyasi müstəqillik qazandırmış, Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı enerji tərəfdaşı və sabitlik mənbəyi kimi tanınmasına səbəb olmuşdur. Eyni zamanda uğurla aprılan müstəqil enerji siyasətimiz ölkəmizə iqtisadi güc, siyasi nüfuz və diplomatik çeviklik qazandırmış, Azərbaycanın dünyanın enerji xəritəsində aparıcı və etibarlı tərəfdaş kimi yerini və rolunu möhkəmləndirmişdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB