"Gələn il imtiyazlı şəxslərin mənzillə təminatına 50 milyon manat vəsait xərclənəcək" - NAZİR
"Gələn il imtiyazlı şəxslərin (şəhid ailələri, müharibə əlilləri və s. kateqoriyalardan olan imtiyazlı şəxslərin) mənzillərlə təminatına 50 mln. manat vəsait xərclənməsi nəzərdə tutulur". SİA-nın verdiyi məlumata görə, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bu gün Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Əmək və sosial siyasətin komitələrinin birgə iclasında bildirib.
Onun sözlərinə görə, dövlət büdcəsindən növbəti il üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətləri üzrə 2 milyard 834 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. O qeyd edib ki, bu da cari il üzrə ayrılan vəsait ilə müqayisədə 112 milyon manat (və ya 4%) çoxdur: "Bu vəsaitin 97%-i və ya 2 milyard 751 milyon manatı əhaliyə ödənişlərə sərf ediləcək. Bu da cari illə müqayisədə 151 milyon manat (və ya 5,8%) çoxdur. Belə ki, müavinət, təqaüd və kompensasiyalar üçün 2 milyard 144 milyon manat və ya 76%, ÜDSY üzrə 465 milyon manat (və ya 16%), haqqı ödənilən ictimai işlərin təşkili üzrə xərclər üzrə 141,7 milyon manat (və ya 5%) vəsait nəzərdə tutulub. Növbəti il üçün yaşayış minimumu və ehtiyac meyarı həddinin 285 manatdan 300 manata (5,3%) artırılması proqnozlaşdırılır".
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB